Azedu.az

İyulun son günü hava necə olacaq? - PROQNOZ

AzEdu Təhsil Platforması

30 İyul 2026, 12:23
İyulun son günü hava necə olacaq? - PROQNOZ

İyulun 31-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə AzEdu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-38° isti, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.

Azərbaycanda SKANDAL OLAY: 15 yaşlı qızla evlənən şəxs HƏBS EDİLDİ
Son xəbərlərDaha çox