Azedu.az

Qarabağ Universitetində magistratura və doktorantura təhsili planlaşdırılır

Ali təhsil

29 İyul 2026, 10:21
Qarabağ Universitetində magistratura və doktorantura təhsili planlaşdırılır

"Qarabağ Universitetində magistratura və doktorantura proqramlarının açılması nəzərdə tutulur”.

Bu sözləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov AzEdu.az-ın suallarını cavablayarkən qeyd edib.

"Gələcəkdə magistratura və doktorantura səviyyələri üzrə təhsilin təşkilinin universitetin əsas hədəflərindən biridir.

Hazırda bununla bağlı rəsmi qərar olmasa da, perspektivdə müvafiq proqramların yaradılması nəzərdə tutulur.

Ciddi və qlobal səviyyəli universitet olmaq istəyən ali təhsil müəssisəsi üçün magistratura və doktoranturanın olması vacibdir. Müvafiq qərar qəbul edildiyi təqdirdə bu istiqamətlər üzrə də tədrisə başlanılacaq.

Qarabağ Universitetinin inkişaf strategiyasında beynəlxalq əməkdaşlıqlar xüsusi yer tutur. Məqsədimiz dünyanın nüfuzlu universitetləri ilə tərəfdaşlıqlar qurmaq, tələbə və müəllim mübadiləsini genişləndirmək, ortaq tədqiqatlar və akademik proqramlar həyata keçirməkdir.

Son iki il ərzində bu istiqamətdə ciddi hazırlıq işləri görülüb və İstanbul Texnik Universiteti ilə ikili diplom proqramı həmin əməkdaşlıqların ilk mühüm nəticələrindən biridir.

Universitetdə ixtisasların sayı ildən-ilə artır. İlk tədris ilində 25, ikinci tədris ilində 34, bu il isə artıq 49 ixtisas üzrə qəbul aparırıq. Bu göstərici universitetin inkişaf tempini aydın şəkildə nümayiş etdirir.

Tibb, hüquq, mühəndislik, biznes və iqtisadiyyat, incəsənət, dizayn və pedaqoji istiqamətlər daxil olmaqla bütün sahələr üzrə Qarabağ Universitetinə ciddi maraq müşahidə olunur".

Rektor Xankəndidə Mühəndislik fakültəsi üçün yeni tədris binasının tikintisinin davam etdiyini və binanın ilin sonunadək istifadəyə verilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Avqustun 1- nə qədər 1 milyon adam orduya çağırılsın! - Putindən ƏMR
Son xəbərlərDaha çox