Azedu.az

Abituriyenti tələbə edəcək qızıl qaydalar - VİDEO

AzEdu Təhsil Platforması

30 İyul 2026, 10:12
Abituriyenti tələbə edəcək qızıl qaydalar - VİDEO
"Abitruyentlərin ixtisas seçimi zamanı etdiyi birinci səhv yalnız keçid ballarına baxaraq seçim etməkdir". 

Bu sözləri "AzEdu podkast"ında təhsil tədqiqatçısı Elmin Nuri söyləyib. 

Qeyd edib ki, ixtisas seçimi edərkən builki göstəricilər ötən ilin nəticələri ilə müqayisə edilməlidir:

"İxtisas seçimi edərkən bir neçə mənbəyə baxılmalıdır. Tutaq ki, abituriyent 440 bal yığıb və ötən ilin jurnalına baxıb deyir: "Mən kimya ixtisasını istəyirəm, orada keçid balı 420 olub, deməli, bura qəbul oluna bilərəm". Bu, yanlış məsələdir. Statistikayla işləmək bir qədər fərqli məntiq tələb edir.

Burada plan yerlərinə, ixtisas qrupları üzrə ümumi göstəricilərə və statistik təhlillərə baxılmalıdır. Builki göstəricilər ötən ilin nəticələri ilə müqayisə edilməlidir. Tutaq ki, abituriyent 3-cü qrupda 420 bal toplayıb. Onun balı 400-450 bal aralığına aiddir. O, artıq builki 400-450 aralığındakı nəticələrin necə olduğuna, ümumi statistikaya və ötən il bu göstəricinin necə olmasına baxmalıdır". 

"AzEdu podkast"ı buradan izləyə bilərsiniz:

Azərbaycanda SKANDAL OLAY: 15 yaşlı qızla evlənən şəxs HƏBS EDİLDİ
Son xəbərlərDaha çox