Təhsil Tələbə Krediti Fondunun "Elektron Təhsil Tələbə Krediti" rəqəmsal platforması dünyanın nüfuzlu rəqəmsal kommunikasiya müsabiqələrindən biri olan dotCOMM Awards 2026 çərçivəsində Qızıl Mükafata (Gold Award) layiq görülüb.
Təhsil Tələbə Krediti Fondundan AzEdu.az-a bildirilib ki, bu beynəlxalq uğur təhsil xidmətlərinin rəqəmsallaşdırılması, vətəndaşlara şəffaf və əlçatan xidmətlərin təqdim edilməsi istiqamətində həyata keçirdiyimiz sistemli fəaliyyətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz göstəricisidir.
Bu nailiyyətin əldə olunmasında əməyi olan bütün əməkdaşlarımıza və rəqəmsal platformaya töhfə vermiş hər kəsə təşəkkür edirik. Vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək istiqamətində fəaliyyətimizi eyni əzmlə davam etdirməkdən qürur duyuruq.