Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-15 17:19:00
Xarici ölkələrdə dini təhsil almağın  tərəfdarı deyilik" -  Sədr müavini

Xarici ölkələrdə dini təhsil almağın  tərəfdarı deyilik. Bunu açıq şəkildə dilə gətiririk”.

AzEdu.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov İctimai Televiziyada yayımlanan “Pressinq” verlişində deyib.

O,dini təhsilin Azərbaycanda alınmasının əhəmiyyətindən danışıb:

“Dini təhsil məsələsi  prioritet istiqamətlərdən biridir.Biz xarici ölkələrdə dini təhsil almağı qadağan etmirik. Qanunvericilik də buna icazə verir. Lakin xarici ölkələrdə dini təhsil almağın da tərəfdarı deyilik. Bunu açıq şəkildə dilə gətiririk. Məsələnin əsas səbəbi    şəriət və mədəniyyətlə bağlıdır. Belə ki, şəriət nöqteyi-nəzərindən İran, Türkiyə, Pakistan və ərəb ölkələri ilə dinimiz eynidir. Onlar necə namaz qılır və oruc tuturlarsa, biz də eyni şəkildə ibadət edirik. Həmçinin, Həcc prosesini də eyniliklə həyata keçiririk. Amma həyat tərzlərimiz fərqlidir.

Həyat tərzi və mədəniyyəti formalaşdıran faktorlar təkcə dinlə bağlı deyil. Burada milli adət-ənənələr, ailə dəyərləri kimi amillər də təsir göstərir.

Mən xaricdə  oxuyub gələnlərin hamısına hörmətlə yanaşıram.Amma onlar sanki başqa ölkə mədəniyyətinin nümunəsidirlər. Bizim prinsipimiz isə dindar olmaqdır,  farsa, Anadolu türkünə  çevrilmək yox.

Mənim ağlıma ruhani deyəndə Hacı Zeynalabdin Tağıyev gəlirdi. İndi ruhani deyəndə insanlar onu ərəb kontingentində və İran qiyafəsində görürlər. 1990-ci illərdə  deyirdik ki, dindarların sayı çoxaldıqca  azərbaycanlıların sayı azalır. Çünki azərbaycanlı başqa mədəniyyətin nümayəndəsinə çevrilir. Bu nöqteyi-nəzərdən dini təhsil  bizim üçün önəmlidir.

İran, Anadolu və Ərəb mədəniyyətinə  sonsuz hörmət göstəririk. Mənim üçün önəmli olan öz mədəniyyətimə uyğun təhsilin olmasıdır.Bu baxımdan dini təhsil məsələsi  bizim üçün prioritetdir.

Biz xaricdə dini təhsil alanlara zərərli insanlar kimi  baxmırıq. Amma  deyirik ki, dini təhsili özümüz verək.

Müstəqilliyimizdən bu günə qədər  3000  artıq  şəxs xarici ölkələrdə dini təhsil alıb.Onların daxilində mənim qədər vətənini ,dövlətini sevən insanlar da var.Lakin bununla belə biz ölkə daxilində dini təhsilin tərəfadarıyıq”.

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları