Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-08 11:58:00
Azərbaycanlı professorun da həmmüəllif olduğu kitab çap olunub

Bu günlərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Elmi-texniki informasiya” şöbəsinin müdiri, professor Ramiz Aslanovun həmmüəllif olduğu “Riyaziyyat və informatika sahəsində müasir dövrün pedaqoqları” kitabı Moskvanın “Prometey” nəşriyyatında ikinci dəfə çap olunub.

AzEdu.az bildirir ki, elmi nəşrlər üzrə ixtisaslaşdırılmış "Prometey" nəşriyyatı təkcə Rusiya Federasiyasında deyil, onun sərhədlərindən kənarda nüfuzlu nəşr evi kimi tanınaraq qəbul edilir.

Adıçəkilən nəşriyyatda İ.N. Ulyanov adına Ulyanovsk Dövlət Pedaqoji Universitetinin nəşriyyat şurasının qərarı ilə rus dilində nəşr olunmuş kitab 644 səhifədən ibarətdir.

N.Q. Çernışevskiy adına Saratov Milli Tətqiqat Dövlət Universitetinin professoru V.İ. İqoşın və Voloqda Dövlət Universitetinin professoru V.A. Testov kitaba rəy veriblər.

Kitabda hazırda elmi və pedaqoji işlə məşğul olan pedaqoqların qabaqcıl təcrübələri təqdim edilir.

Nəşr pedaqoji aləmdə fəaliyyət göstərən 157 nəfər riyaziyyat və informatika müəllimlərinin həyat və yaradıcılığna həsr edilmişdir. Bu siyahıya Rusiya, Belarusiya, Azərbaycan və Polşa metodist müəllimləri daxil edilmişdir.

Kitabdan tələbələr, magistrantlar, aspirantlar, müəllimlər və pedaqoji sahədə çalışan mütəxəssislər istifadə edə bilərlər.