Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-07 17:30:00
Xarici universitet diplomunun nə dərəcədə etibarlı olduğunu necə yoxlamaq olar?- Tövsiyə

 

Xarici universitetlərdə təhsil almaq bir çox gəncin istəyidir. Bəzən xarici universitetlərdə təhsil alan həmyerlilərimizin diplomu Təhsil Nazirliyi tərəfindən tanınmır.

Bunun səbəblərindən biri də  odur ki, gənclərimiz təhsil alacağı xarici universitetləri öncədən araşdırmırlar.

Xatırladaq ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, distant və ya eksternat təhsilalma forması üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyil.

AzEdu.az bu dəfə xaricdə təhsil almaq istəyənlərin ən çox verdiyi suala cavabı təqdim edir:

Xarici universitetlərin  dövlət və beynəlxalq akkreditasiya qurumları tərəfindən tanınıb-tanınmadığını necə araşdırmaq mümkündür?

-Xaricdə təhsil almaq istəyirsinizsə bunları bilməyiniz vacibdir:

Təhsil almaq istədiyiniz ali təhsil müəssisəsinin hüquqi statusunu – Müəssisənin dövlət və ya beynəlxalq akkreditasiya qurumları tərəfindən tanınıb-tanınmadığı əvvəlcədən araşdırılmalıdır. Araşdırmaq üçün:

- Ali təhsil müəssisəsindən müvafiq sənəd tələb edə bilər;

- Avropa Birliyi, Avropa Şurası və UNESCO-nun birgə layihəsi olan Enic-Naric onlayn şəbəkəsindən (www.enic-naric.net) istifadə edərək müvafiq ölkə üzrə məlumat əldə edə bilər (ENİC - İnformasiya Mərkəzlərinin Avropa Şəbəkəsi, NARİC – Akademik Tanınma üzrə Milli Mərkəzlər);

- Akkreditasiya və Nostrifikasiya idarəsinə müraciət edə bilərsiniz.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. İddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd nostrifikasiya müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat verə  bilərsiniz.

Günel Yaşarqızı
Müəllifin digər yazıları