Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-31 14:51:51
Gələn il buraxılış imtahanları 2 dəfə  keçiriləcək?-Rəsmi cavab  

Sosial şəbəkələrdə 2020-ci keçiriləcək buraxılış imtahanlarının 2 dəfə təşkil olunacağına dair müxtəlif məlumatlar yayılıb.

Yayılan informasiyaların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq.

Məsələylə bağlı DİM-dən AzEdu.az-a verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Yəni, buraxılış imtahanları 2019-cu ildə təşkil olunan qaydada, IX siniflər üzrə 2 mərhələdə, XI siniflər üzrə isə 1 mərhələdə təşkil olunacaq.

Xatırladaq ki, 2020-ci ildə keçiriləcək imtahanların tarixləri ictimaiyyətə gələn ilin əvvəllərində açıqlanacaq.

 
Nəzrin Rüstəmova
Müəllifin digər yazıları