Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-16 11:51:00
Rezidentlərə qanunla neçə gün məzuniyyət verilməlidir? – Rəsmi Cavab  

Rezidenturaya qəbul imtahanının nəticələri artıq məlumdur. Rezident olmaq istəyən 569 namizəddən 351-i arzusuna çatıb. II mərhələ üzrə ən yüksək nəticə toplanıla biləcək maksimal 100 baldan 89 olub. Hər iki mərhələ üzrə ən yüksək göstərici isə maksimal 200 baldan 173 bal olub.

Rezidentlər artıq işə başlamaq barədə əmrlərini alaraq fəaliyyətə başlayıblar.

Rezidentlərin hazırda ən çox verdikləri sual isə onların məzuniyyət müddəti ilə bağlıdır. Həkim–rezidentə neçə gün əmək məzuniyyəti verilməlidir?

AzEdu.az məlumat verir ki, bu barədə məsələlər “Rezidentura təhsilinin təşkili qaydaları”nda əksini tapıb. Qaydarın 5-ci maddəsinə görə, rezidenturada hazırlıq keçən şəxslərlə klinik baza tərəfindən hər təhsil ili müddətinə əmək müqaviləsi bağlanılır. Rezidenturada təhsil dövrü həkimin ümumi və ixtisas üzrə əmək stajına daxil edilir. Ona dövlət büdcəsinin vəsaiti hesabına ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir.

Bunları nəzərə alsaq, rezident əmək müqaviləsi olan işçi hesab edilir və əmək qanunvericiliyinə müvafiq əmək məzuniyyəti hüququna malikdirlər.

Əmək qanunvericiliyinə nəzər saldıqda isə dövlət müəssisələrində çalışan həkim-mütəxəssis, orta tibb işçilərinə və əczaçılara 30 gün müddətinə məzuniyət verilir.

Qeyd edək ki, sosial məzuniyyət, əmək qabiliyyətini müvəqqəti itirmə və hərbi xidmət üzrə çağırış halları istisna olmaqla rezidenturada təhsil fasiləsizdir. Bu müddətlər təhsil dövrünə aid edilmir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları