Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-01 16:05:00
“İlk dərs günlərində həmişə yıxılma təhlükəsi yaşayıram” - Müəllimlərin adaptasiya problemi  

Bu gün artıq  oktyabrın ilk günüdür. Artıq 15 gündür ki, orta ümumtəhsil məktəblərində yeni tədris ilinə başlanılıb.

Bu yarım ay ərzində xüsusən də azyaşlı şagirdlərin məktəbə adaptasiyası nə dərəcədə uğurlu alınıb?

“İstənilən tətildən sonra uşaqların dərsə adaptasiyasında müəyyən problemlər yaşanır. Bunları aradana qaldırmaq üçün şagirdlərə birbaşa müəllimlər yardımçı olmalıdılar”

Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Aytən Ələkbərova   deyib.

Yay tətilindən sonra adaptasiya problemlərindən danışan psixoloq, bu sahədə əsas yükün müəllim və məktəb psixoloqlarının üzərinə düşdüyünü deyir:

“İstənilən tətildən sonra uşaqların dərsə adaptasiyasında müəyyən problemlər yaşanır. Bunları aradana qaldırmaq üçün şagirdlərə birbaşa müəllimlər yardımçı olmalıdırlar. 7-8 üsuldan istifadə edərək çətinliyi aradan qaldırmaq olar.  

Görüləcək ilk iş, yay xatirələrini  yada salınmasıdır. Tətili istər xarici ölkədə keçirənlər, istərsə də rayonda nənə-baba yanında keçirənlər öz xatirələri haqda kiçik esse, inşa tipli yazılar hazırlaya bilərlər. İlk gündən yazıda çətinliklər yaranarsa şəkil çəkmək də olar.

Əvvəl də qeyd etdiyim kimi, şagirdlərdən tətili  bəzisi rayonda keçirdiyi halda, bəzisi xarici ölkədə istirahət edir. Belə olan halda uşaqların içərisində istər-istəməz qısqanclıq, valideynə qarşı küskünlük yaranır. Dərslərin başlanğıcının məhz payız depressiyası dövrünə təsadüf etdiyini nəzərə alsaq,  bu sahədə əsas yük müəllim və  məktəb psixozlarının üzərinə düşür. Onlar çəkilən şəkillər üzərində lazımı korreksiyaları edərək, bərabərsizliyi aradan qaldırmalıdırlar.

Məktəblə yanaşı, valideynlərin də üzərinə böyük yük düşür. Belə ki, onlar şagirdləri məktəbə dərsə hazır vəziyyətdə göndərməlidirlər.  Bu zaman məktəb alış-verişi mühüm rolu var. Düzgün təşkil edildikdən sonra, alış-verişin özü elə uşaqlarda dərsə həvəs oyadacaq”.

“İndiyə qədər belə bir problemlə qarşılaşmamaışam, bundan sonra da da olacağına inanmıram”

 “Həftə sonundan sonra uşaqların dərsə diqqətinin dağıldığını nəzərə alsaq, 3 aylıq tətildən sonra adaptasiya heç də asan olmayacaq”

Bakı şəhəri, Nizami rayonu,242 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Günay Sədiyeva açıqlamasında adaptasiya problemlərini aradan qaldırmaq uçub istifadə etdiyi üsullardan danışdı:

“Artıq  beşinci  ildir ki,  müəllim çalışıram. İndiyə qədər belə bir problemlə qarşılaşmamışam, bundan sonra da qarşılaşacağıma inanmıram. Əksinə şagirdlərimlə şagirdlərim mən i çox sevir. İlk dərs günlərində həmişə yıxılma təhlükəsi yaşayıram.  Bu il dərs dediyim uşaqlar ibtidai sinfin son pilləsinə, IV sinfə başlayırlar. Ona görə də, işimiz əvvəlki illərlə müqayisədə daha çox olacaq. Amma həftə sonundan sonra uşaqların dərsə diqqətinin dağıldığını nəzərə alsaq, 3 aylıq tətildən sonra adaptasiya heç də asan olmayacaq.

Uşaqların dərsə adaptasiyası üçün ilk dərsimiz fiziki tərbiyə olacaq. Daha sonra, hazır slaydlardan istifadə edəcəyəm. İlk həftə onları sıxmamaq üçün oyunlara üstünlük versəm də sonradan dərslərimiz normal qaydaya düşəcək.

IV siniflərlə yanaşı bu il məktəbə hazırlıq qruplarına da dərs deyəcəyəm. Digər uşaqlarla müqayisədə  onların adaptasiyasında daha çətin olur. Bu özünü xüsusilə, bağçaya getməyən uşaqlarda göstərir. Onlar anadan ayrılmağa, müəllimə öyrəşməyə çətinlik çəkirlər. Müəyyən metodlarla, oyunlarla uşaqlarda məktəbə qarşı sevgi oyatsaq, onlar dərsə qorxaraq yox, həvəslə gələrlər”.