XƏBƏRLƏR

30.09.2019 15:42
İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə oktyabrın 27-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.

AzEdu.az xəbər verir ki, DİM-dən  bildirilib ki, imtahana qeydiyyat oktyabrın 17-si saat 16:00-da başa çatacaq. İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında kompüter vasitəsilə aparılacaq.

Sentyabrın 30-u saat 15:15-ə olan məlumata görə, test imtahanında iştirak etmək üçün 67 nəfər (BA -11, BB – 56) qeydiyyatdan keçib.

Xatırladaq ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır. (Azərtac)

İlin gənc müəllimi-Müraciət formu