Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-26 17:00:00
Rezidentlərin nəzərinə - Kuratoru işindən edəcək səbəblər hansılardı? - CAVAB  

Rezidentuya qəbul olunan məzun 2 ildən 5 ilə qədər hansısa həkim mütəxəssisin nəzarəti altında çalışır. Bu zaman rezident həmin həkimdəm sahəsinin incəliklərini müalicə metodları və s. tibbi yenilikləri öyrənir. Rezidentin təhkim olunduğu həkim isə onun kuratoru adlanır.

Rezidentura təhsilinə rəhbərliyin edilməsi üçün isə kuratoru kliniki müəssisə təyin edir. Bir kuratorun ikidən çox rezidentə rəhbərlik etməsinə yol verilmir.

Kurator rezidentə gündəlik rəhbərlik etməklə, onun nəzəri biliklərə və peşə vərdişlərinə yiyələnməsini, fərdi iş planını yerinə yetirməsini təmin edir.

Bəs, bir həkim mütəxəssisin əlindən kuratorluq alına bilərmi? Bu, hansı hallarda baş verə bilər?

AzEdu.az xəbər verir ki, bu barədə məsələlər “Rezidentin kuratoru haqqında Əsasnamə” ilə tənzimlənir.  

Əsasnamədə bildirilir ki, qanunvericiliyə uyğun olaraq, kurator vəzifələrini həyata keçirən həkim öz xahişi, və ya rezidentin təşəbbüsü ilə, həmçinin vəzifə öhdəliklərini layiqincə yerinə yetirmədikdə kurator vəzifəsindən azad olunur.

Rezidentin kuratoru vəzifəsi kliniki baza rəhbərinin əmri ilə müvafiq tələblərə uyğun mütəxəssislərə öz razılıqları nəzərə alınmaqla əmək müqaviləsi üzrə həvalə olunur və geri götürülür. Müqavilə rezidentin təhsil müddətinə uyğun müddətə bağlanır.

Qeyd edək ki, kurator seçimi rezidentin öz istəyi ilə aparılır. Amma kimlərin kurator olacağına kliniki baza qərar verir. Kuratorun elmi dərəcəsi olmaya da bilər. Amma mütləq praktiki təcrübəsi 10 ildən çox olmalıdır.

Kuratorun vəzifə maaşına hər rezident hazırlığı üçün ayda 20 manat əlavə edilir. Bu vəsait hər dövlət sifarişi ilə təhsilalana dövlət büdcəsindən ayrılan təhsil xərclərinin hesabına həyata keçirilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları