Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-08 11:10:00
Azərbaycanda təhsil alan bütün şagirdlərin statistikası açıqlandı - ÖZƏL

Ötən tədris ilində Azərbaycanda təhsil alan bütün şagirdlərin (ümumtəhsil müəssisələrində təşkil olunan məktəbəqədər hazırlıq qrupları daxil olmaqla) sayı 1.567.016 nəfər olub.

AzEdu.az xəbər verir ki, 2018/2019-cu tədris ilində respublika üzrə Azərbaycan bölməsində 1.428.608 nəfər şagird, rus bölməsində 131.412 nəfər, gürcü dili bölməsi üzrə 1.114 nəfər, ingilis dili bölməsi üzrə 5.457, fransız dili bölməsi üzrə 130, türk dili bölməsi üzrə isə 295 nəfər şagird təhsil alır.

Məlumata əsasən, sinif sıxlığına görə ən böyük göstərici hər sinifdə ortalama 27 şagirdlə türk dili bölməsindədir. Ölkədə şagird sayının çoxluğu müşahidə edilən Azərbaycan və rus dili bölmələrində sinifdə şagird sıxlığı isə müvafiq olaraq 18 və 24 nəfər təşkil edir.

AzEdu.az ümumtəhsil məktəblərində bölmələr üzrə sinif sayını təqdim edir:

Azərbaycan – 79.702;

Rus – 5.576;

İngilis - 354;

Gürcü - 109;

Türk - 11;

Fransız - 12.