Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-07 15:32:00
Ən çox müəllim sayı bu məktəblərdə müşahidə edilir

Ən çox müəllim sayı rayonlarda müşahidə edilir.

AzEdu.az xəbər verir ki, rayon təhsil şöbələri üzrə çalışan 93.273 müəllim heyəti ümumi müəllim sayının 65%-ni təşkil edir.

Məlumata əsasən, Bakı şəhəri Təhsil İdarəsi üzrə çalışan müəllimlərin sayı 2018/2019-cu tədris ilində 27.959 nəfərdir və bu da ümumi müəllim sayının 20%-ni əhatə edir.

2018-ci ildə şəhər təhsil idarələrinə tabe təhsil müəssisələrində  9.812 nəfər, Təhsil Nazirliyinə birbaşa tabe müəssisələrdə 2.171 nəfər, internat tipli müəssisələrdə 1.609 nəfər, özəl müəssisələrdə 1.372 nəfər və digər qurumlara tabe müəssisələrdə isə 540 nəfər müəllim qeydə alınıb.