Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-06 16:36:00
Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi vətəndaşların sayı açıqlanıb

Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində bakalavr və magistr səviyyələrində xarici ölkələrin 4262 vətəndaşı təhsil alır. Onların 834-ü MDB ölkələrinin, 3428-i isə digər ölkələrin payına düşür. Əcnəbi tələbələrin sırasında Qazaxıstan, Rusiya, Türkmənistan, Gürcüstan, Ukrayna, Türkiyə, İran, Çin və İraq vətəndaşları üstünlük təşkil edirlər.

AzEdu.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yenicə çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub. Məcmuədə bildirilir ki, ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayında artım müşahidə olunub. Belə ki, Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində 2017/2018-ci tədris ilində 3784 əcnəbi tələbə təhsil alıb. Bu rəqəm 2000/2001-ci tədris ilində isə 1870 nəfər olub.

Rəsmi nəşrin 2018/2019-cu tədris ilinin əvvəlinə olan məlumatına görə, xarici ölkələrdə dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 751 nəfər təşkil edib. Onların 206-sı MDB məkanında, 545-i isə digər ölkələrdə təhsil alır.