XƏBƏRLƏR

24.08.2019 14:43
Şagirdlər Nəsimi irsini öyrənərkən

Azərbaycan xalqının çoxəsrlik  zəngin ənənələrə malik bədii və fəlsəfi fikir tarixində dərin iz buraxmış dahi mütəfəkkirlər və söz adamları çoxdur. Onlardan biri də Şərq dünyasının mədəniyyət tarixində özünəməxsus yeri olan İmadəddin Nəsimidir. Ölkəmizdə şairin irsinə hər zaman böyük ehtiramla yanaşılıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə şair və yazıçıların, ümumiyyətlə, görkəmli sənətkarların silsilə yubiley tədbirləri keçirilib. Təsadüfi deyildir ki, 1973-cü ildə məhz Ulu Öndərin təşəbbüsü ilə şairin anadan olmasının 600 illiyi UNESCO-nun tədbirləri siyahısına salınıb və beynəlxalq miqyasda qeyd edilib.  

Bu il də bir neçə söz, sənət dahilərimizin anadan olmasının yubiley ili kimi diqqətdə saxlanılır. O cümlədən, Azərbaycanın  böyük şairi, mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq sərəncamlar  imzalayıb. 2019-cu il “Nəsimi ili” elan edilib, böyük şairin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində qeyd olunur. 

İlin əvvəlindən ölkəmizdə elm, təhsil, mədəniyyət, maarif ocaqlarında bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaratmış Nəsimi irsi mütəfəkkirin adına layiq qeyd edilir. Dahi şairin yaradıcılığı  Xocavənd rayonunun Nərimanlı kənd orta məktəbinin müəllimləri tərəfindən də yüksək səviyyədə dərslərdə və əlavə təlimlərdə şagirdlərə öyrədilir. Bu tədbirlərin keçirilməsində məktəbin direktoru Aidə Zülfüqarovanın  və kollektivin əməyini xüsusi vurğulamaq lazımdır. Ümumiyyətlə, məktəbdə mütəmadi olaraq elm, təhsil, maaarif, dahi söz, sənət xadimlərinin yaradıcılığı yüksək səviyyədə qeyd edilir.

Bu il məktəbdə Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olan Nəsiminin 650 illik yubileyini qeyd etmək üçün müxtəlif yönümlü tədbirlər, yaradıcılıq gecələri kecirilib. Təbii ki, bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının məlum sərəncamından irəli gəlir.

Növbəti dərslərdən birində məktəbin şagirdləri dil-ədəbiyyat müəllimi Nahidə Seyidovanın təklifi ilə şairin şeirlərindən və qəzəllərindən ibarət kiçik tamaşalar hazırlayaraq yüksək səviyyədə ifa etdilər. Dahi mütəfəkkirin həyatına həsr edilmiş səhnə qonaqlar tərəfindən alqışlarla qarşılandı. Nəsimi dövrünün əksər elmlərini çox gözəl bildiyi üçün onu sözün zirvəsinə ucaldan amillərdən biri də yaradıcılığında fəlsəfi, ictimai-siyasi fikirlərin yer almasıdır. Ona görə də bütün yaradıcılığı boyu insanlarda mənəvi-əxlaqi dəyərləri təbliğ edir və onları

İlin gənc müəllimi-Müraciət formu