Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-24 12:02:00
Valideyn şəxsi işi hansı müddətə təqdim etməlidir? – Şagirdlərin yerdəyişməsi

Müvafiq sorğu və bildiriş göndərildikdən sonra 5 iş günündən gec olmayaraq valideyn (və ya digər qanuni nümayəndə) şagirdin əvvəl oxuduğu məktəbdən şəxsi işini götürərək dəyişmək istədiyi məktəbə təqdim edir.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, şagirdlərin electron yerdəyişməsi dərs ilinin hər hansı yarımili ərzində baş verərsə, valideynə şagirdin fənlər üzrə summativ qiymətləndirmə nəticələrinin əks olunduğu arayış da təqdim edilir.

Bildirilib ki, Müəyyən edilmiş müddət keçdiyi halda müraciət ləğv olunur və bu barədə valideynin (digər qanuni nümayəndənin) şəxsi kabinetinə məlumat göndərilir. 

Şagirdlərin elektron yerdəyişməsi sistemi komplektasiya (siniflərin komplektləşdirilməsi) dövrləri istisna olmaqla ilboyu fəaliyyət göstərəcək.

Qeyd edək ki, şagird yerdəyişməsi sistemi avqustun 15-dən etibarən istifadəyə verilib.

Valideynlər sistemdən istifadə etmək üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.  

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edəcək.

Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradacaq.