XƏBƏRLƏR

22.08.2019 10:40
Bakıda Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransı keçiriləcək

Dövlət İmtahan Mərkəzi 22-27 sentyabr tarixlərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyasının (IAEA) 45-ci illik konfransını təşkil edəcək.

AzEduaz xəbər verir ki, təhsilin qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya ümumi və ali təhsil müəssisələrində və iş yerlərində qiymətləndirməni həyata keçirən qurumlar üçün yaradılmış qlobal forumdur. Assosiyasiyanın üzvləri dünya üzrə 50-dən çox ölkəni təmsil edən təhsil müəssisələri, tədqiqat mərkəzləri və müvafiq dövlət qurumlarından ibarətdir. IAEA təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə hər il üzv ölkələrinin birində beynəlxalq konfrans təşkil edir.

DİM-in fəaliyyəti və beynəlxalq çağırışlara əsasən, IAEA-nın 45-ci illik konfransının “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həllər” mövzusunda keçirilməsi qərara alınmışdır. Konfransda xarici ekspertlərlə yanaşı, qiymətləndirmə üzrə 20-dən çox yerli ekspert də çıxış edəcəkdir. Yerli ekspertlərə dəstək göstərmək məqsədi ilə DİM sentyabr ayının ilk həftəsində ABŞ-ın Azərbaycandakı Sərifliyi ilə əməkdaşlıq çərçivəsində Massaçusets Universitetinin təhsil üzrə doktoru Stephen Sadlieri dəvət etmiş və Dr. Sadlierin yerli ekspertlərlə görüşünü təşkil edəcəkdir.

İşgüzar səfər çərçivəsində Dr. Sadlierin Gəncə və Şəki regionlarındakı DİM əməkdaşları ilə görüşü və həmin regionların müəllimləri ilə bir günlük təlimlər keçməsi də planlaşdırılır.

İlin gənc müəllimi-Müraciət formu