Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-19 17:46:25
“Ekspertlərin sual seçimi uğurlu idi” – Müsahibə mərhələsindən VİDEOREPORTAJ

Bu gündən  müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. Müsahibə mərhələsi 19- 23 avqust tarixlərini əhatə edəcək.

AzEdu.az-ın məlumatına görə, bu mərhələdə  vakant yer tutan 3728 nəfərin iştirakı gözlənilir.

Müsahibə mərhələsinin qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər (miq.edu.az/musahibeler) linki vasitəsilə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.

AzEdu.az bu gün keçirilən müsahibə mərhələsindən videoreportajı təqdim edir:

Şükufə Süleymanlı
Müəllifin digər yazıları