XƏBƏRLƏR

19.08.2019 13:17
Türkiyədə təhsil alacaq jurnalist qızı: “Çalışacam ki, valideynlərimin ümidini doğruldam” - MÜSAHİBƏ  

Bu il ali məktəblərə qəbul olunmuş abituriyentlər arasında xeyli jurnalist övladı da var. Onlardan bir qismi yerli, digər qismi xarici universitetlərin tələbəsi adını qazanıb.

AzEdu.az xəbər verir ki, Modern.az saytı ali məktəblərə qəbul olunmuş jurnalist övladları ilə müsahibələrə start verib. İlk müsahibimiz “İstiqlal.az” saytının rəhbəri Qadir İbrahimlinin qızı Arzu İbrahimli oldu.

Arzu İbrahimli 2002-ci ildə iyul ayının 26-da Lənkəran şəhərində anadan olub. 4-cü sinfə qədər Lənkəran şəhərindəki 10 saylı  tam orta məktəbdə təhsil alıb. Daha sonra ailəsi ilə birlikdə Bakıya köçüb. 2019-cu ildə paytaxtda yerləşən 76 saylı  Ağdam məktəbində orta təhsilini başa vurub.

Arzu bu il  keçirilən qəbul imtahanlarında Türkiyənin Bursa şəhərində yerləşən Uludağ Universitetinin Ədəbiyyat fakültəsinin sosiologiya bölməsinin tələbəsi  adını qazanıb.

- Arzu, nə üçün  ali təhsili Türkiyə universitetində almağı düşündün? Azərbaycandakı təhsil sistemi səni qane etmədi?

- Düşünürəm ki, Türkiyədə təhsil səviyyəsi daha keyfiyyətlidir. Məhz bu səbəbdən orda təhsil almaq istəyirəm. Əslində burdakı təhsil də qane edir. Ancaq tanışlarımın dediklərindən və özümün araşdırmalarımdan sonra ordakı təhsilin daha avantajlı olduğunu fikirləşdim.

- Sirr deyilsə, imtahanda bal göstəricin nə qədər oldu?

- Aylıq sınaqlardan yüksək nəticə göstərirdim, ən aşağı 75 bal olurdu, lakin real imtahanda istədiyim nəticəni əldə edə bilmədim. Buna səbəb də həyəcanı ,çox olması idi.  İmtahana girəndə özümü  itirmişdim. Nəticə gözlədiyimdən da aşağı oldu.


- Valideynlərin xaricdə 
təhsil almaq istəyinə necə baxırrlar?


- Əslində bu təşəbbüs elə öncə atamın istəyi olub və təklifi də özü irəli sürüb. Hətta mənə sual verdi ki, “Türkiyədə təhsil ala bilərsən?”. Təbii ki, yox demədim. Özümün də istəyim  olmasaydı, razılıq verməzdim. Belə deyək, ortaq bir qərara gəldik ki, ali təhsili Türkiyədə alım. 
Əvəlcə anam narazılıq edirdi ki, qız uşağı tək gedib orda necə qalacaq. Atam isə tam əksini düşünür. Mənə elə gəlir ki, övlad üçün ən böyük hədiyyə valideynlərinin ona güvənməsi və inanmasıdır. Mən də çalışacam ki, onların ümidlərini boşa çıxartmayım. Hələ ki bir müddət Türkiyədə “yurd” deyilən tələbə yataqxanasında qalacam. Sonrakı mərhələyə də baxarıq… 

 - Türkiyənin təhsil sisteminin çətinliyi səni qorxutmur ki?

- Hər bir şeyin öz çətinliyi olur. Heç nə asanlıqla əldə edilmir. Mənə elə gəlir ki, bu çətinliyin öhdəsindən layiqincə gələcəm. Ən böyük məqsədim  odur ki, universiteti yüksək göstəriclərlə başa vurum.

- Bildiyimiz qədər ödənişli əsaslarla təhsil alacaqsan...


- Bəli ödənişli təhsil alacam. İllik ödəniş haqqının nə qədər olacağanı konkret bilmirəm. Ancaq onu dəqiq bilirəm ki, Azərbaycandakı illik ödənişlərdən nisbətən azdır. 

- Təhsillə bağlı gələcək planların barədə nə düşünürsən?

- Əlbəttə ki, magistratura təhsili də almaq istəyirəm. Əslində psixologiya bölməsinə qəbul olunmaq istəyirdim, ancaq sosiologiyaya düşdüm. İllik ortalama bal yüksək olsa, psixologiya ilə dəyişəcəm. Təhsili bitirəndən sonra  vətənə dönüb burda işləməyi düşünürəm.

İlin gənc müəllimi-Müraciət formu