Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-03 18:00:00
Rezident bir kliniki bazadan digərinə köçürülə bilər? - Cavab

2019-2020-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini artıq elan edib.

Müsabiqədə iştirak edən 352 namizəddən 350-si təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.

Qəbul olanlar 2 avqustadək ixtisasa uyğun vaxtda sənədlərini müvafiq qurumlara təhvil verib,  qeydiyyatdan keçiblər. Hazırda rezident adını qazananları maraqlandıran əsas məqam isə qəbul olunduqları kliniki bazanı dəyişməklə bağlıdır.

Sual:

Rezident bir klinik bazadan digərinə köçürülə bilərmi?

Cavab:

Xeyr, köçürülə bilməz. AzEdu.az xəbər verir ki, qanunvericilikdə rezidentlərin bir klinik bazadan digərinə köçürülməsi ilə bağlı hal nəzərdə tutulmayıb. Yalnız bir neçə aylıq rotasiya halları mümkündür.

Qeyd edək ki, yaxın günlərdə rezidenturaya qəbul üzrə boş qalan yerlərə ixtisas seçimi elan ediləcək. Seçimlərdə müsabiqə şərtini ödəsə də, qbul oluna bilməyən namizədlər iştirak edə biləcəklər. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları