Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-26 14:26:58
Seçimi abituriyentlərin öz ixtiyarına buraxmaq ən doğru yoldur - Psixoloq məsləhəti (VİDEO)

Artıq ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlanılıb. Mütəxəssislər hesab edirlər ki, ixtisas seçimində hədəfi düzgün müəyyən etmək ən vacib şərtlərdən biridir. Onların fikrincə, seçimi abituriyentlərin öz ixtiyarına buraxmaq ən doğru yoldur. Amma bəzi məqamlara da diqqət yetirmək lazımdır.

Bu məqamlar haqqında Dövlət İmtahan Mərkəzinin psixoloji xidmətinin nümayəndəsi Pərviz Kazımov AzEdu.az-a müsahibəsində danışıb.

Video müsahibə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.