Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-18 17:13:44
Deputat “əyalət universitetləri”nə niyə minnətdarlıq etdi?

Orta məktəblərdə vakant yerlərə müəllimlərin işə qəbul imtahanları xəbərlərini maraqla izləyirəm. Ən savadlıların ciddi imtahan vasitəsi ilə işə qəbul edilməsi bir təfərdən biliyin “prestij”ini qaldırır, digər tərəfdən isə gələcək nəsillərimizin daha hazırlıqlı olmasına xidmət edir.

AzEdu.az Etikxeber.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

O, qeyd edib ki, imtanah nəticələri barədə hələ tam statistika olmasa da, yüksək nəticə göstərənləri artıq bütün ölkə tanıyır.

“8 nəfər iddiaçı bu günə ən yüksək – 58 bal tolpayıb. Bu informasiyada diqqətimi cəlb edən onların üç nəfərinin regionlarda yerləşən universitetləri bitirməsidir.

Deməli, Avropa ölkələrində olduğu kimi Azərbaycanda da əyalət universitetləri də keyfiyyətli təhsil verə bilirlər.

Yüksək göstərici göstərən məzun buraxan universitet kollektivlərinə müsbət nəticələrinə görə təşəkkür edirəm…”-deyə, millət vəkili əlavə edib.