XƏBƏRLƏR

17.07.2019 15:07
Respublika pedaqoji mühazirələrinin yekunları  

2018-2019-cu dərs ilində keçirilən respublika pedaqoji mühazirələrinin yekun nəticələri məlum olub. Belə ki, nəticələrə əsasən 13 nəfər I, 18 nəfər II, 24 nəfər III dərəcəli diplomla təltif edilib. Həmçinin 53 nəfərə isə “Tərifnamə” təqdim olunub.

AzEdu.az xəbər verir ki, pedaqoji mühazirələr ümumi təhsillə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərinin təcrübələrini təbliğ etmək və onlar arasında pedaqoji əməkdaşlıq yaratmaq, həmçinin perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədilə keçirilib.

Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsində 3642 məruzə dinlənilib, onlardan 182-si respublika turuna təqdim olunub. Məruzələr mütəxəssislərin ekspertizasından keçirildikdən sonra onlardan 155-i yekun mərhələyə təqdim edilib.

Ümumilikdə ölkə mərhələsi üzrə 18 bölmədə 149 mühazirə dinlənilib. Proqrama “Ümumi pedaqoji məsələlər”, “Ümumtəhsil məktəbinin idarəolunmasının təkmilləşdirilməsi”, “Şəxsiyyətyönümlü təhsil: təcrübə və metodika”, “Metodiki xidmətin təkmilləşdirilməsi”, “Qabaqcıl təcrübə”, “Məktəbəhazırlıq təhsilin təşkili”, “İbtidai təhsilin keyfiyyətinin yüksəldilməsi”, “İstedadlı şagirdlərlə işin təşkili”, “Ümumtəhsil məktəbində psixoloji xidmətin təşkili”, “Məktəbdənkənar və sinifdənxaric tədbirlərin təşkili”, “Tərbiyə işlərinin təkmilləşdirilməsi” bölmələri daxil edilib.

Yekun mərhələdə  Bakı şəhəri 16,  Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalar 11, Naxçıvan Muxtar Respublikası, Psixologiya Elmi-Tədqiqat İnstitutu 5, Gəncə, Mingəçevir şəhərləri, Cəlilabad rayonu 4, Sumqayıt şəhəri, Samux rayonu 3, Təhsil İnstitutu 1, respublikanın digər şəhər və rayonları 93 məruzəçi ilə təmsil edilib.

İlin gənc müəllimi-Müraciət formu