Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-16 17:11:03
“Bunu etsək, universitetlərdə baş girələyənlər, “peşə məktəb”lərində lazımı ixtisas sahibi olarlar” – Fazil Mustafa  

Peşə təhsili sisteminin spesifik cəhətlərindən biri bu təhsil müəssisələrində çalışan müəllim-pedaqoji heyətin həm pedaqoji biliyinin, həm də ixtisas üzrə praktiki səriştələrinin vacibliyidir.

Bu tələb həmin sahədə peşəkar müəllimlərlə təminatı çətinləşdirir. Peşə təhsili sahəsində usta-pedaqoji heyətin yetişdirilməsi üçün müvafiq ali təhsil bazasının olmaması da əsas problemlərdən biri kimi qeyd edilməlidir.

Digər tərəfdən, peşə təhsili müəllimlərinin cari əməkhaqqı səviyyəsi tam məşğulluq işi axtaran şəxslər üçün cəlbedici deyil. Belə ki, peşə təhsili məktəblərinin müəllimləri üçün orta aylıq əməkhaqqı manat təşkil edir ki, bu da Azərbaycanda orta aylıq əməkhaqqı səviyyəsindən aşağıdır. Qeyd edilən səbəblər peşə təhsili sahəsinə səriştəli kadrların cəlb edilməsini mürəkkəbləşdirir.

 “Peşə təhsil müəssisələrində maaşları artırmaq lazımdır ki, bu sahəyə maraq artsın”

Milli Məclisin deputatı Fazil Mustafa AzEdu.az-a açıqlamasında peşə təhsilinin əhəmiyyətindən və bu sahədə görülməli işlərdən danışdı:

“Peşə təhsiliylə bağlı son vaxtlar müəyyən addımlar atılsa da bu sahədə hələ də görüləcək işlər qalıb. Əvvəla, peşə təhsil müəssisələri şəbəkə olaraq genişlənməlidir.  Orta məktəblərdən olan 12-13% axımın miqdarını artırmaq lazımdır. Belə olsa, həm təhsilsiz vətəndaş qalmaz, həm də ali təhsil müəssisələrində baş girələyənlər peşə təhsili alaraq, müəyyən ixtisasa yiyələnə bilərlər.

Bu gün peşə təhsil müəssisələrində kifayət qədər, vacib ixtisaslar var. Onlara, yeni texnologiyanın tələb etdiyi peşələrlə yanaşı, bu gün zəruri olan, rəngsaz, texniki avadanlıqlarla bağlı ixtisaslar və s. aiddir. Bütün sahələr üzrə ixtisaslı kadrların yetişdirilməsində peşə təhsil müəssisələrinə savadlı müəllimlərin cəlbinə ehtiyac var. Bunun üçün də müəyyən addımların atılmasına ehtiyac var.  İlk olaraq, maaşları qaldırmaq lazımdır. Beləcə, müəllimlərin bu sahəyə maraqlarını artırmaq olar. 

Bundan əlavə, savadlı müəllimlərin stimullaşdırılmasına, lazım gələrsə xaricdən mütəxəssislərin cəlb edilməsinə də nail olmaq lazımdır.

Peşə təhsil müəssisələrində maaşları artırmaq lazımdır ki, bu sahəyə maraq artsın.  Savadlı müəllimlərin işini stimullaşdırmaq, lazım gələrsə xaricdən mütəxəssislərin cəlb edilməsinə də nail olmaq lazımdır. 

Bu gün peşə təhsil müəssisələrində kifayət qədər vacib ixtisaslar var.  Belə ixtisaslara yeni texnologiyanın tələb etdiyi peşələrlə yanaşı, bu gün də zəruri olan, rəngsaz, texniki avadanlıqlarla bağlı ixtisaslar və s. aiddir.  Bu sahələrdə mütəxəssislərin yetişdirilməsi üçün savadlı müəllimlərə ehtiyac böyükdür”.

 Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə də  əlaqə saxladıq.

 “Peşə təhsil müəssisələrinə savadlı ixtisaslı müəllimlərin cəlb edilməsi hazırda əsas fokslandığımız sahələrdən biridir”.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin hüquq, insan resursları və informasiya şöbəsinin müdir müavini Ceyran Məmmədli saytımıza açıqlamasında  bu istiqamətdə lazımı addımların atıldığını deyir:

 “Peşə təhsil müəssisələrinə savadlı ixtisaslı müəllimlərin cəlb edilməsi hazırda əsas fokslandığımız sahələrdən biridir. Bu sahəyə diqqət olduqca vacib məsələdir.

 Təlimlənmdirməbib özü bu istiqamətdə atılacaq mühüm addımlardan biridir. Agentlik tərəfindən də məhz müəllimlərin təlimləndirilməsi,  ixtisaslaşdırılması istiqamətində işlər görülür. Məsələn, Koreya standartları əsasında yaradılacaq peşə təhsil müəssisəsi ilə bağlı təlim üçün  bir neçə müəllim Koreyaya göndərilib. Təlimləndirmə prosesi hazırda da davam edir”.