Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-16 09:30:00
Koreya standartlı ilk Azərbaycan məktəbində dərslər belə keçiriləcək – Fərqli təhsil  

“Koreya standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə kifayət qədər maraq var”.

Bu sözləri AzEdu.az- açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Hüquq, insan resursları və informasiya şöbəsinin müdir müavini Ceyran Məmmədli deyib.

O, yeni yaradılan Peşə Təhsil Mərkəzində dərslərin təşkilindən də danışdı:

“Qeydiyyat iyulun  9-dan başlayaraq  25-nə kimi davam edir. Dəqiq statistik məlumat əldə etməsək də,  Koreya standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə kifayət qədər maraq var.

Yeni yaradılan Peşə Təhsil Mərkəzində azərbaycanlı müəllimlər dərs deyəcək. Burada dərs demək üçün 24 müəllim xüsusi seçilib. Onlar Koreyada 3 aylıq kurs keçirlər. Müəllimlərimiz peşə təhsil mərkəzində tədris ediləcək 8 ixtisas üzrə Koreya təhsilinə yiyələnərək öz biliklərini  dərinləşdirirlər.  Hazırda da onların kursu davam edir. Artıq peşə təhsil mərkəzində dərs  ixtisaslaşmış kadrlar tərəfindən təşkil ediləcək.

 Burada yerli təhsildən fərqli olaraq, təcrübəyə üstünlük verilir. Dərslər minimum nəzəriyyə maksimum praktika üstündə təşkil ediləcək. Bu addım təcrübəli, əmək bazarı üçün yararlı kadrların yetişdirilməsinə gətirib çıxaracaq.

Onu da qeyd edim ki, bu addımlar Koreya dövləti tərəfindən maliyyələşir. Peşə təhsil mərkəzidəki bütün avadanlıqlar da Koreya dövlətinə aiddir”.

Rəna Nəbi