Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-20 11:53:00
Yerdəyişmə müsabiqəsində uğur qazananlara müraciət – Lazımı sənədlər və prosedur qaydaları  

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb.

Elektron yerləşdirmənin nəticələrinə əsasən 1775 müəllim iş yerini dəyişib. Müsabiqədə iştirak etmək üçün 11 913 namizəd elektron qeydiyyatdan keçib, 6462 namizəd elektron ərizəsini təsdiqləyib, 6271 namizədin ərizəsi qəbul edilib.

AzEdu.az xəbər verir ki, yerdəyişmə müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələrinə əsasən uğur qazanmış namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə İnsan resursları mərkəzinə gələrək aşağıdakı sənədləri təqdim etməlidirlər:

Şəxsiyyəti təsdiq edən sənədin əsli;

Ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin əsli;

Əmək kitabçasının əsli;

Əvvəlki iş yerindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış.

İnsan resursları mərkəzində 24-26 iyun tarixlərində uğur qazanmış namizədlərin sənədlərinin düzgünlüyü yoxlanılacaq. Bu tarixlərdə sənədlərini təqdim etməyən şəxslərin nəticələri ləğv olunacaq və bu hal həmin namizədlərin yerdəyişmə etdiyi yerdən imtina kimi qiymətləndiriləcək.

Qeyd edək ki, yerdəyişmə müsabiqəsində uğur qazanmış namizədlər əvvəlki iş yerindən 13 sentyabr tarixində azad olunması ilə bağlı ərizə yazmalıdır. Məktəb direktoru işçi ilə bağlanmış əmək müqaviləsinə 13 sentyabr tarixindən xitam verilməsi ilə bağlı əmr imzalamalı və işçiyə həmin əmrdən çıxarış təqdim etməlidir. Lakin əmək kitabçasında işdən azad olunması ilə bağlı qeyd olmamalıdır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları