Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-01 20:46:00
Bakıda bağça tərbiyəçisi uşağı belə döydü - Video

Azərbaycanda uşaq bağçasında müəllimin uşaqları təhqir etməsini əks etdirən video yayılıb.

AzEdu.az xəbər verir ki, videonu Aynur Şahkərimova adlı xanım sosial şəbəkədə paylaşıb.

 

O, video haqda yazıb: "Zığda bağça müəlliməsi valideynlərin qrupuna şəkil atmaq istərkən səhvən videoya sıxıb, özü də bilmədən bu dəhşətli, söyüşlü, təhqirli davranış üzə çıxıb. Bir cəza verilibmi?? Bəs necə, cəzasız olarmı??? Xanıma sadəcə töhmət elan edilib.

 

Biri bu gün "uşaqların hüquqlarının müdafiəsi günü”mü dedi?? Elədirsə, bu video ilə təbrik edirəm, mübarək olsun!”

 

Məsələylə bağlı Azxeber.com-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, hazırda bağçanın ünvanı ilə bağlı dəqiqləşdirmə aparılır: "Bizdə bağçanın nömrəsi də var. Birinci gün bu işlə məşğul olacağıq və aidiyatı orqanlara məlumat verəcəyik”.

 

Həmin videonu təqdim edirik: