Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-31 12:10:00
Ötən il işə qəbul edilən 1008 müəllimlə daimi müqavilə imzalanıb - Murad Camalzadə

"Dövlət ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqə nəticəsində 2018-2019-cu dərs ilinin sentyabr ayından etibarən 17 turda 4500 müəllim müddətli müqavilə əsasında işə qəbul edilib".

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə media nümayəndələri üçün təlimdə deyib.

Şöbə müdirinin müavini bildirib ki, bu il də prosesin davam etdirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, ötən il işə qəbul edilən müəllimlərin təxminən 1008 nəfərinin müqaviləsi daimiləşib: "Onlardan da 30-u apelyasiya şikayətinin uğuru, 978-nin daimiləşmə nəticələrinə əsasən olub. 2017-2018-ci dərs ilində daimi müqavilə alan müəllimlərin sayı 477 nəfər təşkil edirdi. Ötən il isə həmin göstərici iki dəfə (1008) artıb".