Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-26 11:26:00
Solaxaylıq nə vaxtdan başlayır?

Maks Planka Psixolinqvistika İnstitutunun alimləri insanın solaxay olmasına səbəb olan yeni faktlar aşkarlayıblar. Alimlərin apardıqları araşdırmaların nəticələri "Nature" jurnalında dərc olunub.

AzEdu.az Medcina.az-a istinadən xəbər verir ki, 500 min insan üzərində aparılmış tədqiqatlar onu deməyə əsas verib ki, solaxaylıq hələ ana bətnində başlayır. Halbuki bu günə qədər uşaqların 2-3 yaşında solaxay olduğu düşünülürdü.

Ultrasəs görüntülərində körpənin ana bətnində solaxay hərəkət etdiyi məlum olub. Tədqiqatlarda iştirak etmiş 501730 nəfərdən 10,4 faizinin hələ ana bətnindəykən solaxay olduğu araşdırmalarla sübut olunub.

Həmçinin, insanın anadan olduğu il, doğum yeri, bədən kütləsi, zəif olması, ana südü ilə qidalanmaması da solaxaylığa səbəb ola bilirmiş. Yayda doğulan insanlar arasında solaxayların sayı daha çox olur.