Azedu.az

UNEC ilə Bakı Fond Birjası arasında memorandum imzalanıb

Universitetlər

17 Mart 2025, 17:44
UNEC ilə Bakı Fond Birjası arasında memorandum imzalanıb

Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

AzEdu.az-a xəbər verir ki, UNEC rektoru professor Ədalət Muradovla görüşdə universitet və iş dünyası arasında əməkdaşlığın səmərəliliyin artırılmasından bəhs olunub. Prof.Ədalət Muradov universitetlərin mütəxəssis hazırlığı istiqamətindəki missiyasından və UNEC-də bu istiqamətdə görülən işlərdən söz açıb. Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov isə rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib.

Görüşdə müəllim və tələbələrin praktiki bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin keçirilməsi, birgə layihələrin  icrası, Ömürboyu Təhsil Mərkəzi tərəfindən birja mütəxəssislərinin hazırlanması məqsədilə mini MBA proqramının təşkili və digər istiqamətlərdə razılıq əldə olunub.

Müzakirələrin sonunda UNEC ilə Bakı Fond Birjası arasında birgə fəaliyyətə dair əməkdaşlıq memorandumu imzalanıb.

TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox