Azedu.az

Magistratura səviyyəsinə elektron sənəd qəbulu davam edir  

Universitetlər

Magistratura

23 İyul 2022, 13:08
Magistratura səviyyəsinə elektron sənəd qəbulu davam edir  

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslər elektron qaydada qeydiyyatdan keçməlidirlər.

 

AzEdu.az xəbər verir ki, bakalavrlar //portal.edu.az/ portalında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Eyni zamanda müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

 

Qeydiyyat  25 iyul saat 12:00-dək davam edəcək.

 

Qeydiyyat prosesi ilə bağlı ən çox verilən suallar və cavabları ilə buradan tanış olmaq mümkündür. Bakalavrlar əlavə məlumat əldə etmək üçün Təhsil Nazirliyinə müraciət edə bilərlər.

 

Verilən müddət ərzində qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox