Azedu.az

Tələbə yaz məktəbləri uğurla davam edir 

Tələbə və şagird

Universitetlər

Elm və Təhsil Nazirliyi

27 Mart 2025, 11:31
Tələbə yaz məktəbləri uğurla davam edir 

Martın 24-dən başlayan “Beynəlxalq münasibətlər və diplomatiya üzrə yaz məktəbi”, “Math Camp 2025” və “İT və proqramlaşdırma üzrə yaz məktəbi” uğurla davam edir. 

AzEdu.az-a Elm və Təhsil Nazirliyindən bildirilib ki, UNEC-in Quba Tədris, İdman və İstirahət Mərkəzində keçirilən yaz məktəbləri Təhsil İnstitutu, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Strateji Düşüncə” Tələbə Diplomatiya Mərkəzi, “Path to Math” həvəskar riyaziyyatçılar klubu və EESTEC Baku tərəfindən təşkil olunub.

Yaz məktəblərinin əsas məqsədi iştirakçıların fərqli sahələr üzrə bilik və bacarıqlarını artırmaq, təcrübi təhsil imkanlarından yararlanmalarına və onların intellektual mühitdə inkişafına dəstək olmaqdır. 

İlk iki gün ərzində iştirakçılar müxtəlif sahələr üzrə peşəkar ekspertlər tərəfindən aparılan təlimlərə, interaktiv müzakirələrə və praktiki məşğələlərə qatılıb.

Beynəlxalq münasibətlər və diplomatiya üzrə yaz məktəbi çərçivəsində qlobal geosiyasi tendensiyalar, beynəlxalq münasibətlərdə əsas amillər və regional əməkdaşlıq perspektivləri müzakirə edilib. 

Math Camp-2025 çərçivəsində riyaziyyatın nəzəri və tətbiqi aspektləri, eləcə də müxtəlif riyazi modellərin real həyatda istifadəsi mövzularında praktiki məşğələlər keçirilib. 

İT və proqramlaşdırma üzrə yaz məktəbi çərçivəsində isə müasir proqramlaşdırma dilləri, süni intellekt və böyük verilənlər (Big Data) sahəsində intensiv təlimlər təşkil olunub. 

İlk iki gün ərzində keçirilən sessiyalar iştirakçıların elmi araşdırma, analitik düşünmə və yaradıcı yanaşma bacarıqlarını inkişaf etdirməsinə şərait yaradıb. Təlimlərin sonunda iştirakçılar qrup işləri, təqdimatlar və müzakirələr vasitəsilə əldə etdikləri bilikləri nümayiş etdiriblər.

Qeyd edək ki, yaz məktəbləri 28 mart tarixinədək davam edəcək. Növbəti günlərdə iştirakçıları daha geniş spektrli mövzular üzrə seminarlar, praktiki məşğələlər, sahə üzrə tanınmış mütəxəssislərlə görüşlər və interaktiv təlimlər gözləyir.

KRİTİK AÇIQLAMA! Rusiya yeni işğallara başlayır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox