Şəhla Yolçuyeva Məhəmmədəli qızı 2006-cı ildə orta məktəbi bitirmiş, 2010-cu ildə Bakı Dövlət Universitetinin (BDU) bakalavr, 2012-ci ildə isə magistr pilləsini qırmızı diplomla tamamlamışdır. 2010-cu ildə magistraturaya qəbul imtahanında ixtisası üzrə ən yüksək nəticəni göstərərək respublika birincisi olmuşdur. Eyni ildə 7 №-li tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışdır.
Şəhla Yolçuyeva təhsil sahəsində İKT və STEM sahələrinə xüsusi diqqət yetirərək bir sıra beynəlxalq və yerli layihələrdə iştirak etmişdir:
İKT-nin təhsilə tətbiqi üzrə “INTEL – Gələcək üçün Təhsil” (2011)
“1 şagird-1 kompüter” İNTEL layihəsi (2012)
“International Course on E-Schools and Moodle Systems in XXI Century Schools” – Kipr (2012)
School Based Management 3 – Paris Sorbonne University Abu Dhabi (2015)
“International Certificated STEM” (2018)
“Teaching Through the Covid-19 Pandemic” – British Council (2020)
“Steam 5” Beynəlxalq İnteraktiv Təlim-Treninq (2023)
“Sinifdən Liderliyə: Tədrisdə İnnovativ Yanaşmalar və Fəal İnteraktiv Təlimin Fəlsəfəsi” (2025)
və bir çox digər beynəlxalq seminar və təlimlər.
Şəhla Yolçuyevanın şagirdləri həm yerli, həm də beynəlxalq səviyyədə yüksək nəticələr göstərmişlər:
2011: IV İntellekt Olimpiadası – II yer (Heydər Əliyev adına MTK)
2015: Dəmirli Fatimə – 665 bal, universitetə qəbul
2018: Şahəliyeva Leyla – 610 bal, ADA Universiteti
2019: Həbibov Eynəddin – 651 bal, BDU
2019: İsmayıl – Prezident təqaüdü, qızıl medal, 672 bal
2021: Şəmşiyev Elmir – 605 bal
2023: Mürsəlzadə Əli – 618 bal
2022–2025: Şagirdləri beynəlxalq Riyaziyyat Olimpiadalarında FİSO, AMO, RFO, SASMO, IMEC kimi yarışlarda gümüş və qızıl medallar əldə etmişlər.
Səbail Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı – peşə fəaliyyəti və ictimai-siyasi fəallığına görə (2023)
Azərbaycan müəllimi qəzeti – 3D VR eynəklərin riyaziyyat dərslərinə tətbiqi mövzusunda məqalə (2023)
Şagirdlərinin müntəzəm olaraq beynəlxalq riyaziyyat olimpiadalarında iştirakına görə Copernicus Olympiad tərəfindən təşəkkürnamə (2024)
Şəhla Yolçuyeva həm müəllim, həm mentor, həm də təlimçi kimi riyaziyyat təhsilində uğurlar əldə edən şagirdlərin yetişməsinə böyük töhfə verir. Onun fəaliyyəti həm yerli, həm də beynəlxalq səviyyədə tanınır.