Sertifikasiya müəllimlərin peşəkarlıq səviyyəsini və tədris bacarıqlarını qiymətləndirən bir sistemdir. Müəllimlərin sertifikasiyadan yüksək bal toplaması, onların tədris sahəsində dərin biliklərə malik olduqlarına, müasir tədris metodları və yanaşmalarını tətbiq etdiklərinə dəlalət edir.
AzEdu.az 2022-ci ildən etibarən sertifikasiya imtahanında iştirak edərək, fəaliyyət göstərdiyi Regional Təhsil İdarəsi üzrə yüksək bal toplayaraq ilk 10-luqda yer alan fənn müəllimlərini "Sertifikasiyanın liderləri" rubrikası altında ictimaiyyətə təqdim edəcək.
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə fəaliyyət göstərən Riyaziyyat müəllimlərini təqdim edirik.
Qarabağ Regional Təhsil İdarəsi üzrə sertifikasiyadan yüksək bal toplayan MÜƏLLİMLƏR:
1. Aytən Bayramova- Bərdə şəhər N. Gəncəvi adına 2 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 60, müsahibə mərhələsindən isə 38 bal toplayıb;
2. Aysel Abdullayeva -Bərdə rayonu Tumaslı kənd ümumi orta məktəbin müəllimi test mərhələsindən 59, müsahibə mərhələsindən isə 35 bal toplayıb;
3. Zaur Həsənov- Füzuli rayon 35 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 59, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
4.Vasif Rəhimov- Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 59, müsahibə mərhələsindən isə 38 bal toplayıb;
5.Səhər Səfərova-Füzuli rayon 49 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 59, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
6.Aygün Vələdova-Füzuli rayon 50 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 60, müsahibə mərhələsindən isə 38 bal toplayıb;
7.Əsmər Mehtiyeva-Ağcabədi şəhər C.İbrahimov adına 8 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
8.Zülfiyyə Nurməmmədova- Ağcabədi rayon Yuxarı Qiyaməddinli kənd tam orta məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 39 bal toplayıb;
9.Əminə Əliyeva- Xankəndi 4 mömrəli tam orta məktəbin müəllimi (Ballıca filialı) test mərhələsindən 59, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
10.Ayna Məmmədova- Ağdam rayonu 118 saylı tam orta məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 40 bal toplayıb.