“Məktəbdə...” layihəsinin növbəti görüşü martın 4-ü paytaxtdakı 292 nömrəli tam orta məktəbdə keçiriləcək.
AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı kikboksinq üzrə 28 qat dünya, 11 qat Avropa çempionu, Əməkdar idman ustası və Əməkdar məşqçi, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Məmmədov olacaq.
Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, idmanın uşaqların, yeniyetmələrin həyatına, sağlamlığına təsirləri, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.