Azedu.az

Astarada 3-cü sinif şagirdi itkin düşdü-YENİLƏNİB

Xəbərlər

14 Aprel 2025, 20:25
Astarada 3-cü sinif şagirdi itkin düşdü-YENİLƏNİB

Astarada itkin düşən üçüncü sinif şagirdi tapılıb.

AzEdu.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, azyaşlı polis əməkdaşları tərəfindən tapılıb və ailəsinə təhvil verilib.

 

 

18:25

Astarada 3-cü sinif şagirdi itkin düşüb.

AzEdu.az APA-ya istinadən məlumat verir ki, hadisə Astara rayonunun Maşxan kəndi ərazisində baş verib. Məktəbdən evə qayıdan 9 yaşlı Reyhan Məmmədzadənin itkin düşdüyü bildirilir.

Faktla bağlı polisə məlumat verilib.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox