Azedu.az

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

Xəbərlər

26 Mart 2025, 13:45
Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

Bakı Musiqi Akademiyasının III kurs tələbəsi , "Heydər Əliyev adına təqaüd"ün mükafatçısı, respublika və beynəxalq müsabiqələr laureatı  Kənan Məmmədzadə ABŞ-də keçirilən "Golden Classical Music Awards" müsabiqəsində 1-ci yerə layiq görülüb.

AzEdu.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, o, müsabiqənin dünyaca məşhur Karnegie zalında keçirilən bağlanış-qala konsertində iştirak edib.

O, vətənpərvərlik prizmasından yanaşaraq solo violino üçün M.Həşimov və A.Əliyevin "Rast" improvizasiyalarını ifa edib.

Muğam-lad intonasiyası əsasında yazılan bu əsər əcnəbi musiqiçilərin və dinləyici kütləsinin marağını cəlb edib.

Kənan Məmmədzadənin müəllimi tanınmış pedaqoq, professor Hökumə Əliyeva da mükafatlandırılıb.

KRİTİK AÇIQLAMA! Rusiya yeni işğallara başlayır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox