Azedu.az

Rusiyada dindirilməyə çağırılan yeniyetmə özünü öldürüb

Xəbərlər

22 Mart 2025, 09:26
Rusiyada dindirilməyə çağırılan yeniyetmə özünü öldürüb

Kalmıkiyada (Rusiya Federasiyası) başqa bir yetkinlik yaşına çatmayan şəxsin intiharı ilə bağlı cinayət işinə görə sorğu-sual üçün dindirilməyə çağırılan yeniyetmə ölü tapılıb.

AzEdu.az-ın "zona.media"ya istinadən bildirdiyinə görə, bu barədə respublikanın uşaq hüquqları üzrə müvəkkili Natalya Çujayeva məlumat yayıb.

Ombudsmanın sözlərinə görə, o, 16 martda evdən çıxıb və Sadovoye kəndindəki "faciəli hadisə" ilə bağlı ifadə vermək üçün çağırıldıqdan sonra istintaqdan gizlənib.

Qeyd edək ki, Sadovoye kəndində 10 martda 14 yaşlı Artyom ölü tapılıb. Hadisədən sonra onun anası və əmisi qızı videomüraciət yazaraq burada yeniyetmənin "təhqir, təqib, döyülmə ilə intihara sövq edildiyini" və bunun kameraya çəkildiyini söyləyiblər.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox