Azedu.az

Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb

Xəbərlər

17 Mart 2025, 17:08
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb

Nəsimi adına Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb.

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri Sayalı Sadıqova “Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı”nın onlayn platformasının təqdimatında deyib.

Onun sözlərinə görə, buna səbəb odur ki, doktoranturada ingilis dili imtahanları İELTS səviyyəsində təşkil edilir və azərbaycanlı alimlər bu imtahandan keçə bilmirlər.

Sayalı Sadıqova qeyd edib ki, Azərbaycan dilində tədqiqat aparan folklorşünas, dilçi alimin ingilis dilini bu səviyyədə bilməsinə ehtiyac yoxdur.

Dövlət İmtahan Mərkəzinin İdarə heyətinin sədri Məleykə Abbaszadə isə dilçinin iradına cavab olaraq sözügedən ingilis dili imtahanında B2 səviyyəsi tələb olunduğunu deyib.

TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox