Azedu.az

“Tarixdə bu gün” - Ümumdünya Yuxu Günüdür

Xəbərlər

13 Mart 2025, 08:51
“Tarixdə bu gün” - Ümumdünya Yuxu Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

13 mart harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

13 mart Ümumdünya Yuxu Günüdür:

 

Ümumdünya Yuxu Günü ilk dəfə 2008-ci ilin martında qeyd edilib və həmin vaxtdan Dünya Səhiyyə Təşkilatının qərarı ilə sağlamlıq və yuxu problemləri çərçivəsində hər il martın üçüncü cümə günü Ümumdünya Yuxu Günü kimi tibbi tarixə daxil edilib. 

 

Həyatımızın təxminən üçdəbiri yuxuda keçir və bu, orta hesabla ən azı iki on illik deməkdir. Yuxu zamanı bədən tamamilə hərəkətsiz olsa da, beyin işləməkdə davam edir. O, ötən gün ərzində alınan müxtəlif informasiyaları, necə deyərlər, yerbəyer edir, lazım olmayanı unudur.

 

13 mart 1995-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandanı Rövşən Cavadovun başçılığı ilə Azərbaycanda dövlət çevrilişinə cəhd olunub:

 

Ağstafa rayonunda başlanan təxribat daha sonra qonşu rayonlara keçib. Qısa zamanda bir neçə qərb rayonunda bütün dövlət strukturlarına əl qoyan üsyançılar Bakıya doğru hərəkət ediblər. Amma Azərbaycan xalqının birliyi sayəsində martın 17-də dövlət çevrilişinin qarşısı alınıb.

 

13 mart 1781-ci ildə Günəş sisteminin yeddinci planeti olan Uran .alman mənşəli İngiltərə astronomu Uilyam Gerşel tərəfindən kəşf edildi.

 

13 mart 1869-cu ildə Rus kimyaçısı Dmitri Mendeleyev kimyəvi elementlərin qruplaşdırılmasını tamamladı.

Putin təcili cəbhə bölgəsinə getdi - Əks-hücum başladı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox