Azedu.az

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

Xəbərlər

11 Mart 2025, 16:33
“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

Bu gündən etibarən Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində “Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb.

AzEdu.az xəbər verir ki, 11 mart tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin müəllimləri əyani şəkildə müsahibədə iştirak ediblər.

Qeyd edək ki, müsahibə mərhələsi həm əyani, həm də onlayn formatda mərhələli şəkildə həyata keçirilir. Müsahibənin video qeydiyyatı aparılır. Müsahibə mərhələsində yüksək nəticə göstərən və qeyd olunan meyarlara uyğun gələn müəllimlər növbəti mərhələyə keçmək hüququ əldə edəcəklər.

Abş Ukrayna danışıqları nəticə verdi - Müharibə bitir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox