Azedu.az

Ən yaxşı regional təhsil idarəçisi kimdir? - AzEdu.az-da növbəti SORĞU

Xəbərlər

11 Mart 2025, 11:24
Ən yaxşı regional təhsil idarəçisi kimdir? - AzEdu.az-da növbəti SORĞU

AzEdu.az Təhsil Portalı ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən idarə müdirlərinin işlərini qiymətləndirmək məqsədilə "İlin ən yaxşı Regional təhsil idarəçisi" adlı yeni sorğuya başlayır.

 

Bu sorğu, regional idarə müdirlərinin fəaliyyətini obyektiv şəkildə qiymətləndirmək və onları daha geniş auditoriyaya təqdim etmək məqsədi daşıyır.

 

AzEdu.az xəbər verir ki, sorğuya bütün maraqlı şəxslər və ictimaiyyət nümayəndələri qatılaraq, "İlin ən yaxşı Regional təhsil idarəçisi"ni seçə bilərlər. 

 

Sorğuda cəmiyyətin təqdirini qazanan və ən yüksək səs toplayan idarə müdirləri qalib seçiləcəklər.

 

Sorğuya qatılmaq istəyən oxuculardan xahiş olunur ki, AzEdu.az Təhsil Portalının əsas səhifəsinə daxil olaraq (kompüterdə) sağ alt küncündə, mobil telofonda isə aşağıda yerləşən sorğu panelindəki suala cavab verdikdən sonra "Səs ver" düyməsini sıxsınlar.

 

Cavablar bunlardır:

 

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri - İlhamə Abdullayeva

 

Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri - Nərminə Hüseynova

 

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini - Həmid Qasımov

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri - Elçin Kərimov

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri - Bəhruz Mehdiyev

 

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini - Cavad Cavadov 

 

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri - Rəşad Musayev

 

Qarabağ Regional Təhsil İdarəsinin müdiri - Sənan Mənsimli 

 

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini - Anar Məcidov 

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri - Coşqun Əliyev

 

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri - Günay Mahmudova

 

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri - Fuad Bədəlov

 

Şirvan-Salyan Regional Təhsil İdarəsində müdir vəzifəsini icra edən - Vüqar Dadaşov 

 

Qeyd edək ki, sorğuda ən çox səs taplayan ilk 3 nəfər mükafatlandırılacaq.

 

Sorğu 11 mart 2025-ci il tarixindən 12 may saat 23:59-dək davam edəcək.

TƏCİLİ! Moskvada DƏHŞƏT YAŞANIR - Ölənlərin sayı artır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox