Azedu.az

Qızlar məktəbində ZƏHƏRLƏNMƏ: 50 şagird xəstəxanaya çatdırılıb

Xəbərlər

15 Fevral 2025, 21:02
Qızlar məktəbində ZƏHƏRLƏNMƏ: 50 şagird xəstəxanaya çatdırılıb

İranın Sayınqala (Şahindej) şəhərindəki qızlar məktəbində 50 şagird dəm qazından zəhərlənib.

AzEdu.az xəbər verir ki, "Azad İran" "Telegram" kanalı bu barədə Qərbi Azərbaycan əyalətinin Fövqəladə Hallar İdarəsinə istinadla xəbər verib.

Bildirilir ki, zəhərlənən qızlar dərhal xəstəxanaya aparılıblar.

Zəhərlənmənin istilik sistemlərinin nasazlığı və qaz sızması nəticəsində baş verdiyi qeyd edilib.

Ərdoğanın çətiri altına sığınan Zelenski Ankaradan nə istəyir?
Son xəbərlərDaha çox