Azedu.az

Məktəblilərə narkotik paylanması ilə bağlı RƏSMİ CAVAB

Xəbərlər

Məktəblər

10 Fevral 2025, 12:02
Məktəblilərə narkotik paylanması ilə bağlı RƏSMİ CAVAB

Məktəblərdə oyuncaq formalı narkotik həblərin məktəblilər arasında naməlum şəxslər tərəfindən yayıldığı ilə bağlı sosial şəbəkələrdə qeyri-rəsmi məlumatlar, fotolar yayılıb.

AzEdu.az Təhsil Portalı olaraq iddiaların dəqiqliyini öyrənmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən bildirildi ki, sözügedən foto Azərbaycana aid deyil. 

"Sosial şəbəkələrdə ölkə ərazisində məktəblərdə şagirdlərə narkotik vasitə təklif edilməsi ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir. Polis əməkdaşları tərəfindən bu paylaşım tam və hərtərəfli araşdırılıb. Müəyyən olunub ki, həmin paylaşım xarici ölkələrdən birinə aid internet resurslarında yayılıb". 

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox