Azedu.az

Yaşıl Dünya Naminə Rəqəmsal İncəsənət” Rəsm Müsabiqəsinin açılışı olub

Xəbərlər

Region təhsili

Qazax-Tovuz Regional Təhsil İdarəsi

27 Noyabr 2024, 11:22
Yaşıl Dünya Naminə Rəqəmsal İncəsənət” Rəsm Müsabiqəsinin açılışı olub

Təhsildə İnkişaf Və İnnovasiyalar Üzrə VIII Qrant Müsabiqədə qalib olmuş “Yaşıl Dünya Naminə Rəqəmsal İncəsənət” Rəsm Müsabiqəsi  layihəsinin açılış tədbiri keçirilib. 

Qazax-Tovuz Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, tədbirdə UASB rəsm komitəsinin sədri, Orta Asiya və Azərbaycan Təmsilçisi, Sülh rəssamı Nəvai Mətin, Peşəkar Rəssam, müsabiqənin münsiflər heyətinin üzvü Ehtiram Xəlilov, Ağstafa Dövlət Rəsm Qalereyasının direktor əvəzi Oruc Mansırov, Ekologiya üzrə mütəxəssis Ramilə Əhmədova, Poylu kənd tam orta məktəbinin direktoru Xatirə Həsənova, təsviri incəsənət müəllimləri  və xüsusi istedadlı şagirdlər iştirak ediblər.  

Layihənin məqsədi orta məktəb şagirdləri arasında  ətraf mühit haqqında məlumatlılığı inkişaf etdirmək, rəqəmsal və ənənəvi rəsmlər vasitəsi ilə yaşıl dünyaya təhsilin tərəflərinin diqqətini çəkməkdir.
Məlumat üçün bildirik ki, 4 ay davam edəcək layihədə 7-18 yaş aralığında uşaq və yeniyetmələr iştirak edəcək. Layihə çərçivəsində ekoloji məlumatlandırma, rəqəmsal incəsənət alətlərinin təqdimatı və istifadə üsulları mövzusunda həftədə bir dəfə olmaqla 1 ay davam edən təlimlər keçiriləcək. 
12 saatlıq şagirdlərin təlim proqramı ekoloji maarifləndirmə və davamlılıq mövzularına diqqət yetirəcək və təqdimatlar, seminarlar və müzakirələr olacaq.

Qeyd edək ki, “Yaşıl Dünya Naminə Rəqəmsal İncəsənət” Rəsm Müsabiqəsi  adlı layihə Ağstafa rayon Poylu kənd S.Məmmədov adına tam orta məktəbin təsviri invəsənət müəllimi  Ələkbərova Həbibə tərəfindən həyata keçirilir.
 

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox