Azedu.az

Builki buraxılış imtahanında nəticələr ötən ildən daha uğurludur?

Məktəblər

Buraxılış İmtahanları

Tələbə və şagird

Dövlət İmtahan Mərkəzi (DİM)

14 Aprel 2025, 10:33
Builki buraxılış imtahanında nəticələr ötən ildən daha uğurludur?

Ötən günlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlki illərin məzunları və cari ilin 2 və 9 mart tarixli imtahanlarında müəyyən səbəblərdən iştirak edə bilməyən abituriyentlər üçün buraxılış imtahanı keçirildi.

 

Bəs görəsən, əvvəlki illərin məzunlarının iştirak etdiyi imtahan ötənilki buraxılışdan fərqlənibmi? Proqnozlar nələrdir?

 

Təhsil mütəxəssisi Elçin Əfəndi AzEdu.az-a bildirib ki, abituriyentlər 6 apreldə keçirilmiş imtahanda ingilis dili suallarının Azərbaycan dili suallarına nəzərən daha asan olduğunu bildirirlər:

 

“Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanı istiqamətində əvvəlki illərin məzunları, o cümlədən cari ildə müəyyən səbəblərdən imtahanda iştirak edə bilməyənlər, eləcə də xarici dil üzrə imtahan vermək istəyən namizədlər üçün imtahanlar keçirildi. Burada attestatı olmayanların da eksternat qaydada buraxılış imtahanında iştirakı təmin olundu.

 

Builki buraxılış imtahanlarında sualların cavablandırılması ötən ildəkindən daha uğurlu olub. 6 apreldə keçirilən imtahanda abituriyentlər riyaziyyat fənnində müəyyən çətinliklərlə qarşılaşdıqlarını qeyd ediblər. Onlar Azərbaycan dili ilə ingilis dili arasında müqayisə apararaq bildirirlər ki, xarici dil sualları daha asan, Azərbaycan dili isə bir qədər çətin olub.

 

Əvvəlki illərin məzunlarının builki imtahanda daha yaxşı nəticə göstərəcəkləri proqnozlaşdırılır. İmtahanlarda 33 mindən çox namizəd iştirak edib. Bu namizədlər arasında ötən il daha uğurlu nəticə göstərmiş abituriyentlər də yer alıb. Onlar 2024-cü ildə müsabiqədən keçmələrinə baxmayaraq, bu il yenidən imtahanda iştirak edərək öz biliklərini yoxlayıblar.

 

Əvvəlki illərin məzunları arasında əsasən kolleclərə və V ixtisas qrupuna yönələnlər üstünlük təşkil edir. Kolleclərə qəbul zamanı müvafiq müsabiqə şərtlərinin ödənilməsi vacibdir. Qaydalara əsasən, abituriyentlər Azərbaycan dilindən minimum 20, riyaziyyatdan isə ən az 10 bal toplamalıdırlar. Xarici dildən isə nisbi 10 bal məhdudiyyəti tətbiq olunur.

 

İmtahan nəticələrinin may ayının 11-nə qədər elan olunacağı gözlənilir. Nəticələr açıqlandıqdan sonra daha dəqiq demək mümkün olacaq ki, bu il əvvəlki illərin məzunları üçün keçirilmiş buraxılış imtahanı ötən illə müqayisədə hansı fərqləri ortaya qoyub".

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox