Məktəblərdə şagird sayı təhsilin keyfiyyətinə və idarəetmə proseslərinə birbaşa təsir göstərən əsas amillərdən biridir.
Maraqlıdır, region məktəblərində ən çox və ən az şagird sayı olan neçə məktəb var?
AzEdu.az mövzu ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə 1241 şagird təhsil alır:
"Belə ki, İsmayıllı rayon Namazgah kənd ibtidai məktəb və İsmayıllı rayon Müdri kənd tam orta məktəbdə 5, Şamaxı şəhər üzrə E.Hüseynov adına 2 nömrəli tam orta məktəbdə 1191, Şamaxı rayon 8 nömrəli ibtidai məktəbdə 20, Şamaxı rayon Səfalı kənd ümumi orta məktəbdə 9 və Şamaxı rayon Y.Məmmədəliyev qəsəbə tam orta məktəbdə isə 6 şagird var.
Ağsu şəhəri üzrə 1 nömrəli məktəb-liseydə 1171, Ağsu rayon Şahbəyli kənd ibtidai məktəbdə 5, Ağsu rayon Sanqalan kənd ümumi orta məktəbdə 17 və Ağsu rayon Xanbulaq kənd tam orta məktəbdə 19 şagird təhsil alır.
Qobustan şəhəri üzrə 1 nömrəli məktəb 911 nəfər, Bəklə kənd tam orta məktəbdə 10 nəfər, Nardaran kənd ibtidai məktəbdə 5 nəfər və Qobustan rayon Göydərə kənd ümumi orta məktəbdə isə 27 şagird təhsilini davam etdirir".