Azedu.az

Abituriyentlər NARAZIDIR: Zonalar üzrə imtahanlar çətin olub?

Məktəblər

İmtahanlar

Universitetlər

12 Mart 2025, 11:23
Abituriyentlər NARAZIDIR: Zonalar üzrə imtahanlar çətin olub?

Artıq buraxılış imtahanları yekunlaşdı. Hər il olduğu kimi bu il də namizədlər 2 və 9 mart imtahan suallarının bir-biriylə müqayisədə çətin yaxud asan olduğundan danışırlar.

 

Bəs görəsən, həqiqətən də hər iki buraxılış imtahanı arasında sualların səviyyəsində ciddi fərqlər olubmu?

 

Kəlbəcər rayon 28 saylı tam orta məktəbininin Azərbaycan dili və Ədəbiyyat müəllimi, uzun illərdir repetitorluq təcrübəsi olan Rəşad Hümbətov AzEdu.az-a imtahan sualları ilə bağlı açıqlamasında bildirib ki, 2 və 9 mart tarixlərindəki imtahanlardan birinin digərindən çətin olduğu fikri həqiqəti əks etdirmir:

156571

“Respublikanın hər bir yerindən hazırlıqlarıma qoşulan abituriyentlər var. Ona görə də həm 2 mart, həm də 9 mart buraxılış imtahanı suallarına yaxından bələdəm.  2 və 9 mart imtahanları arasında o qədər də fərq yoxdur. Onlardan biri asan, digəri çətin olduğunu deyə bilmərik. Sosial şəbəkələrdə bəzi abituriyentlər bildirirlər ki, “2 mart, yaxud 9 mart çətin idi”. Amma bu yanlış fikirdir. Hətta imtahanda istifadə olunmuş mətnlər də normal səviyyədə olub. Oxuyub, anlamaq olurdu.

 

Azərbaycan dili fənni 2 martla müqayisədə 9 martda çox cüzi asan idi, amma əvəzində riyaziyyat əvvəlki imtahana nisbətən çətin oldu. İmtahanları əvvəlki illərlə müqayisə etsək, çox fərqlər görərik. Məsələn 2023-cü ilin buraxılış imtahan sualları abituriyentlərin səviyyəsinə uyğun deyildi. Həmin vaxt materialların az olması da burada problemlər yaradan başlıca səbəblərdən idi. DİM-in test toplularının olmaması, yeni sual tiplərinin mövcudluğu abituriyentləri çətin vəziyyətə salmışdı. Amma indi DİM-in test və sınaq topluları, eləcə də digər materiallarında imtahanda istifadə olunmuş test tapşırıqlarına aid nümunələr var. Hansısa abituriyent imtahanın çətin olduğunu deyirsə, bu doğru deyil. Bu il buraxılış imtahanında suallar normal idi. Çətinlik məsələsinə gəlincə isə, meyarlara əsasən imtahana  asan, orta və çətin suallar salınır. Bu baxımdan düşünürəm ki, buraxılış imtahanı çox normal keçirilib.

 

Ötən illə müqayisədə də imtahan sualları eyni səviyyədə olub. Lakin blok imtahanının eyni səviyyədə olacağını düşünmürəm, çünki blok imtahanı məktəb sərhədlərini aşır. Buraxılışda attestat almaq üçün zəif və güclü – hər kəs imtahanda iştirak etdiyindən onların səviyyəsi nəzərə alınaraq suallar tərtib olunur, lakin blok imtahanı abituriyentlərin öz seçimləri olduğundan artıq buraxılışla müqayisə edilmir və çətin olur”.

Ukrayna ordusu geri çəkildi: Bu şəhərdə Rusiya bayrağı qaldırıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox