Azedu.az

Azərbaycan müəllimi hər zaman müqəddəs olub, biz bu dəyəri qorumalıyıq

Məktəblər

Müəllimlər və elm adamları

7 Mart 2025, 11:29
Azərbaycan müəllimi hər zaman müqəddəs olub, biz bu dəyəri qorumalıyıq

"Bir məktəb direktorunun ən böyük hədiyyəsi əməyinə verilən diqqət olmalıdır”.

 

İqtisad elmləri doktoru, professor Zahid Məmmədov AzEdu.az-a açıqlamasında məktəb direktorlarının hədiyyə tələb etməsinin qeyri-qanuni və etik baxımdan yolverilməz olduğunu bildirib.

 

Onun sözlərinə görə, bu məsələyə ciddi yanaşılmalı, həm etik, həm də hüquqi qiymət verilməlidir:

 

"Ümumiyyətlə, hədiyyə almaqla bağlı dünyada müəyyən qaydalar mövcuddur. Hədiyyəni kim verə bilər? Kim ala bilər? Xüsusilə məktəblərdə bu məsələ qətiyyən keçərli deyil. Hər hansısa bir məktəb direktorunun valideynlərdən, şagirdlərdən və ya tabeliyində olan işçilərdən hədiyyə tələb etməsi həm hüquqi, həm də etik baxımdan yolverilməzdir. Belə hallar təhsil mühitində şəffaflığa və ədalət prinsiplərinə kölgə salır".

 

Professor vurğulayıb ki, təhsil sistemində şəffaflıq və qarşılıqlı hörmət əsas prinsiplərdən biri olmalıdır:

 

"Anlamaq çətindir ki, belə neqativ hallara yol verən müəllimlər necə imtahan verib vəzifəyə gəlirlər? Axı onlar cəmiyyət üçün nümunə olmalıdırlar. Bu məsələyə ciddi yanaşılmalı və məktəblərdə hədiyyə verilməsi ilə bağlı konkret qaydalar müəyyənləşdirilməlidir. Hesab edirəm ki, bir məktəb direktorunun ən böyük hədiyyəsi onun əməyinə verilən diqqət və dəyərdir. İnsan fəaliyyətinə verilən qiymətlə qürur duymalıdır".

 

Zahid Məmmədov müəllim nüfuzunun qorunmasının vacibliyini qeyd edib:

 

"Təəssüf ki, bəzən neqativ hallara rast gəlirik. Lakin bu cür hallar Azərbaycan məktəbinə və müəlliminə yaraşmır. Azərbaycan müəllimi hər zaman müqəddəs olub. Mən inanıram ki, ölkəmizin parlaq bir müəllim gələcəyi var. Bunun üçün biz milli-mənəvi dəyərlərimizə hörmət etməli və məktəblərdə hədiyyə almaq ənənəsinə son qoymalıyıq. Müəllim dəyəri hər şeydən üstün tutulmalıdır".

İrandan Türkiyəyə ŞOK ZƏRBƏ-Ağır döyüşlər gedir
Son xəbərlərDaha çox